İstanbulda Ukrayna ilə bağlı ilkin razılıq əldə olunub - WSJ

 

“İstanbulda keçirilən danışıqlarda Ukrayna, BMT, Rusiya Federasiyası və Türkiyə nümayəndələri taxıl ixracı üçün üç Ukrayna limanlarının blokadadan çıxarılması barədə razılığa gəliblər. Razılığa əsasən bütün gəmilər Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən yoxlanılacaq”.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Tərəflər ilkin olaraq belə mexanizmlə bağlı razılığa gəliblər: taxıl üç limandan Ukrayna gəmilərinin müşayiəti ilə daşına bilər, eyni zamanda, gəmilərin coğrafi sərhədlər daxilində qorunması üçün atəşkəs rejimi tətbiq olunacaq. Qismən təmizlənmə həyata keçiriləcək.

Yəqin ki, burada söhbət Odessa dəniz limanının, eləcə də qonşu Qara Dəniz və “Cənub” limanlarının blokadasının  açılmasından gedir. 

WSJ-nin məlumatına görə, Türkiyə donanması Ukrayna limanlarına gedən  boş gəmiləri yoxlayacaq.

Tərəflər eyuni zamanda BMT-nin gəmilər üçün təhlükə səviyyəsini izləmək üçün İstanbulda komanda-nəzarət mərkəzi yaratması barədə razılığa gəliblər.

WSJ-nin məlumatına görə, razılaşma əldə olunsa da, bununla bağlı sazişlərin imzalanması barədə danışmaq hələ tezdir. Çünki Putin hələ də öz nümayəndə heyətinə bununla bağlı yaşıl işıq yandırmayıb.

Mürtəza
Demokratikmusavat.com

0.41002297401428