Avropa Komissiyası Azərbaycanla qaz sazişinin bağlanmasını təklif edib

 

Avropa Komissiyası Azərbaycanla Aİ ölkələrinə təbii qaz idxalının artırılmasına dair sazişin bağlanmasını və qaz həcmlərinin artırılması üçün kəmərin genişləndirilməsinə dəstək verilməsini təklif edib.
Day.Az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.

Məlumata görə, iştirakçı hökumətlər tərəfindən təsdiq edilməli olan və məzmunu dəyişdirilə bilən anlaşma memorandumu layihəsi Aİ-nin Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.

“Tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr təbii qazın ikitərəfli satışını dəstəkləməyə çalışırlar. ", müqavilə layihəsində deyilir.

"Demokratikmusavat.com"

0.19787907600403