Cümə axşamı "Brent" markalı neftin bir barelinin dəyəri 100 dolları keçdi.
Demokratikmusavat.com xəbər verir ki, buna səbəb ABŞ-ın böyük faiz artımı perspektivi ilə qarşılaşdırmada xam neft təklifinin aşağı qiymətləndirilməsi olub.
Sentyabr ayı üçün "Brent" markalı neftin fyuçersləri çərşənbə günü ardıcıl ikinci seansda 100 dollardan aşağı həddə qərarlaşdıqdan sonra 0,68 dollar və ya 0,7% artaraq barel üçün 100,25 dollara çatıb.
Avqust ayı üçün ABŞ-ın Qərbi Texas nefti (WTI) 0,55 dollar və ya 0,6% artaraq 96,85 dollar/barel olub.
Qərbin sanksiyaları və Liviyada tədarükün kəsilməsi fonunda Rusiyadan xam neft və emal olunmuş məhsulların ixracının azalmasına baxmayaraq, neft qiymətləri son iki həftədə resessiya narahatlıqları ilə bağlı ucuzlaşma nümayiş etdirirdi.
Könül
Demokratikmusavat.com