Dünyanın ən güclü hava qüvvələri açıqlandı

 

Türkiyə dünyanın ən güclü hava qüvvələri sırasında ilk 10-da yer aldı.

Demokratikmusavat.com ” xəbər verir ki, dünyanın ən güclü hərbi hava qüvvələrinə malik ölkələrini müəyyən edən “Global Firepower 2022” hesabatını  açıqlayıb.

Dünyanın ən güclü hava qüvvələrinə malik ölkələr sırasında ABŞ liderlik edir. ABŞ-nin 13247  hərbi təyyarəsi var. Rusiya 4173 təyyarə ilə 2-ci yeri, 3285 təyyarə ilə Çin 3-cü yeri, 2182 təyyarə ilə Hindistan 4-cü yeri, 1387 təyyarə ilə Pakistan 7-ci yeri, 1062 təyyarə ilə Misir 8-ci yeri, 1057 hərbi təyyarə ilə Türkiyə 9-cu yeri bölüşür.

Məsələn, Böyük Britaniya 693 təyyarə ilə 15-ci yeri, 617 hərbi təyyarə ilə Almaniya 17-ci yeri, 597 hərbi təyyarə ilə İsrail 19-cu yeri, 543 hərbi təyyarə ilə İran 22-ci yeri, 318 hərbi təyyarə ilə Ukrayna 33-cü yeri, 237 hərbi təyyarə ilə 42-ci yeri, 200  hərbi təyyarə ilə Özbəkistan 48-ci yeri bölüşür.

Mürtəza
"Demokratikmusavat.com"

0.15703582763672