Qızıl təpədə maddi mədəniyyət qalıqları üzə çıxarılıb

 

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov İmişli rayonunun Qızılkənd kəndi yaxınlığında yerləşən orta əsr Qızıl təpə yaşayış yerində olub.

AMEA-dan Demokratikmusavat.com a verilən xəbərə görə, arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Xl-Xlll əsrlərə aid qədim yaşayış yerində bu il aparılan arxeoloji qazıntılar haqqında baş direktora məlumat verib.

O bildirib ki, müasir yaşayış yerlərindən bir neçə kilometr aralıda, düzənlikdə yerləşən abidədə bu il 80 kvadratmetr sahədə arxeoloji qazıntı işləri aparılıb və zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılıb.

0.12466287612915