Azərbaycanda qəzadan sonra qatarların hərəkəti bərpa olundu

 

İyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus üç vaqon aşıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları“ QSC məlumatı yayıb.

Məlumata görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.

0.15484285354614