Rusiyada “Die Welt” qəzetinin saytı bloklandı

 

Rusiyanın tənzimləyici orqanı “Roskomnadzor” Almaniyanın gündəlik “Die Welt” qəzetinin saytına girişi bloklayıb.

Qərarın səbəbləri açıqlanmayıb.

Qəzetin saytındakı bütün nəşrlər alman dilindədir, rusdilli bölmə yoxdur.

Lakin “Birinci Kanal”da “Vremya” xəbər proqramının canlı yayımı zamanı müharibə əleyhinə posterlə efirə çıxan jurnalist Marina Ovsyannikova hadisədən sonra məhz “Die Welt”də işləyib.

Bir həftə əvvəl Ovsyannikova nəşr ilə üç aylıq müqaviləsinin başa çatdığını açıqlayıb.

0.13527178764343