Rusiya ordusu taktikanı dəyişir: general Donetsklə bağlı planları AÇIQLADI

 

“Rusiya Federasiyası Luqansk vilayətini ələ keçirmək planlarını Donetsk vilayəti üzərində də tətbiq etmək niyyətindədir”.

Demokratikmusavat.com UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib. O, strategiyanın yox, taktikanın dəyişdiyini bildirib:

“Onlar Donetsk vilayətini az qala Luqansk vilayətini tutduqları kimi tutmağı, yəni Vladimir Putinin doqquz may paradında formalaşdırdığı tapşırıqları yerinə yetirməyi planlaşdırırlar”, - deyə ekspert qeyd edib.

Günüralın sözlərinə görə, Lisiçanska hücum zamanı Rusiya ordusu Severodonetskə hücumdan fərqli taktikalardan istifadə edib.

“Onlar şəhərə birbaşa daxil olmayıb, onu şimal-şərqdən və cənub-qərbdən dolanmağa cəhd ediblər. Mühasirəyə düşməmək üçün bizim silahlı qüvvələrimiz Lisiçanskı tərk etməyə məcbur oldular”, - deyə general əlavə edib.

 

0.12685608863831