"Bu gün bu təqdimatların Şuşada keçiriliməsinin rəmzi mənası var".
Demokratikmusavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ bərpa edib: “Tarixi ədaləti bərpa etdik. Eyni zamanda hesab edirəm ki, sülh quruculuq prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcəyik”.