Consonun istefasından sonra Tereza Mey “robot” kimi rəqs etdi - VİDEO

 

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey xələfi Boris Consonun istefasından sonra musiqi festivalında rəqs edərkən görüntülənib.

65 yaşlı xanım siyasətçinin “robot” xoreoqrafiyası yerli mətbuatda yayılıb.

Qeyd olunur ki, keçmiş baş nazir Henli festivalında əylənib.

O, həyat yoldaşı ilə birlikdə Kreyq Devidin “My Heart's Been Waiting For You” mahnısı altında rəqs edib.

Mənbə: ren.tv

0.14772295951843