Bakıda oxuyan, 40 il prezidentlik edən Santuş İspaniyada öldü

 

Anqolanın sabiq prezidenti Eduardu duş Santuş İspaniyada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Demokratikmusavat.com axar.az-a istinadən bildirir ki, sabiq prezident Barselonadakı klinikaların birində bu gün yerli vaxtla 11 radələrində 79 yaşında keçinib.

Qeyd edək ki, 1942-ci il təvəllüdlü Santuş 1979-2017-ci illərdə Anqola prezidenti olub. Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) məzunudur.

Anqola 1975-ci ildə müstəqilliyini elan edib. O zaman silahlı qruplaşmalar hakimiyyət mübarizəsi aparırdı.

İkinci prezident olan Santuşun hakimiyyətinin böyük hissəsi ölkədə vətəndaş müharibəsi dövrünə təsadüf edir. Yalnız 2002-ci ildə müxalifət lideri öldürüldükdən sonra qalıcı atəşkəs sazişi imzalamaq mümkün olub.

0.16934609413147