Mitsotakisdən Türkiyə etirafı: "Həmişəlik qarşısını ala bilmərik"

 

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis SKAI FM radiosuna danışaraq Yunanıstanın daxili siyasətini və Türkiyə-Yunanıstan əlaqələrini dəyərləndirib.

Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mitsotakis 4 illik səlahiyyət müddətini başa vurmaq istədiyini və növbədənkənar seçkilərə qatılmağı düşünmədiyini bildirib.

Hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlərdə baş verənləri şərh edən Mitsotakis Türkiyənin qarşısında iki yol olduğunu bildirib:
"Avropa ilə yaxınlaşmaq istəyirsə, nəinki gərginliyi azaltmalı, həm də Avropa ölkələrinin suverenliyinə və suveren hüquqlarına şübhə etməkdən əl çəkməlidir. Əgər başqa yolu seçərsə, Avropa perspektivindən daha da uzaqlaşmış olacaq və təbii ki, bu, AB-Türkiyə münasibətlərinə təsirsiz ötüşməyəcək”- o bildirib.

Baş nazir bu yay Türkiyə-Yunanıstan münasibətlərində 2020-ci ilin yay dövrünə bənzər bir gərginlik gözləmədiyini deyib. O, mart ayında Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün də müsbət atmosferdə keçdiyini xatırladıb:i.

Baş nazir Türkiyənin ABŞ-dan F-16 almasına ABŞ prezidentinin müsbət yanaşması ilə bağlı da danışıb:

"Yunanıstanın ABŞ-ın Türkiyəyə silah satışının qarşısını həmişəlik ala biləcəyini düşünən hər kəs, məncə, real güc balansını tam başa düşmür. Məncə, biz nəyə nail olmuşuq? Xüsusilə hazırda NATO-nun cənub-şərq qanadında  qeyri-sabitlik mənbəyi olan NATO üzvü ölkəyə silah satışının ABŞ-ın mənfəətinə olmadığını ABŞ Konqresinə başa sala bildik”.

Mitsotakis, Türkiyə ilə Yunanıstanın çox yaxşı dost olmaması üçün heç bir səbəb olmadığını qeyd edib. O, Yunanıstanın Avropa ilə Türkiyə arasında körpü ola biləcəyini müdafiə edərək "ancaq bizdən asılı deyil, bu, Türkiyəyə bağlıdır", -deyə söyləyib.

Billurə

 

0.40391802787781