Mənsuz Şərifdən tənqidlərə reakiya: "Bir nömrəyik"

 

“Heç vaxt tənqidlərə pis reaksiya verməmişəm”.

Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında aktyor Mənsu Şərif deyib. O, rol aldığı “Komedixana” layihəsinin uğursuz olması ilə bağlı yazılanlara belə münasibət bildirib:

“Komedixana”dan kənarda da həmişə mənə tənqidlər olub. Öz payıma deyə bilərəm ki, heç vaxt tənqidlərə pis reaksiya verməmişəm. 

“Komedixana”ya gəldikdə isə bu haqda tənqidlər mənim rastıma çıxmayıb. “Komedixana” bu dəqiqə həm reytinqdə, həm yutubda Respublikada nömrə birdir. Yəni pis bir layihəyə bu qədər baxış gələ, bu qədər tələbat ola bilməz. Uğursuz olan layihə 3 il öz statusunu qoruya bilməz”,- deyə o söyləyib.

Qeyd edək ki, sözügedən layihə xeyli tamaşaçı kütləsinə özümü sevdirməyi bacarsa da, sosial mediada zaman-zaman tənqid hədəfinə tuş gəlir. 

Billurə Yunus

0.14362716674805