"Belə davam edərsə yaxın zamanda Kür çayında bir dənə də balıq qalmayacaq".
Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kür çayında qanunsuz torlar qurularaq kütləvi şəkildə balıq ovu həyata keçirilir.
"Bu qanunsuz hərəkətlə bağlı dəfələrlə məsələ qaldırılsa da, nəticəsi olmayıb. Əgər yaranmış acınacaqlı vəziyyətin qarşısı alınmazsa, yaxın zamanda Kür çayından bir dənə də balıq tutmaq mümkün olmayacaq", - o qeyd edib.
O eyni zamanda əlavə edib ki, bu il Əhməd Cavadın 130 illiyi keçiriləcək.
"Əhməd Cavad Azərbaycanda və Türk dünyasında olduqca önəmli bir şairdir. Onun adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məktəbin bərpası həyata keçirilsin".
Mürtəza
Demokratikmusavat.com