Daha bir dövlət agentliyi tender qaydalarını pozub.
“Demokratikmusavat.com ” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
AMB: İlin sonuna cari əməliyyatlar hesabında ÜDM-ə nisbətdə profisit 23-25% olacaq
Nordik İnvestisiya Bankının baş katibi: "Azərbaycanda layihələri maliyyələşdirməyə hazırıq"
Azərbaycan Mərkəzi Bankı sığorta sahəsində attestasiya keçirib
Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.
Qeyd edək ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.