Orduya getməmək üçün özünü dənizə atdı

 

Ukraynada orduya çağırılan gənc hərbidən yayınmaq üçün ağlasığmaz yola əl atıb.

"Demokratikmusavat.com" xarici mediaya istinadla bildirir ki, hadisə Odessa vilayətində, Böyük Fəvvarə adlanan ərazidə baş verib.

Hərbi komissarlığın çağırış vərəqəsini alan gənc nümayəndədən uzaqlaşmaq və hərbidən yayınmaq üçün özünü dənizə atıb. Sonra üzərək sahilə çıxıb.

Bununla bağlı video internetdə yayılıb.

0.13151001930237