Bu ölkənin sabiq baş nazirini güllələdilər

 

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə güllələnib.

"Demokratikmusavat.com" “Star”a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın NHK İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Abe şəhərdə Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı sinəsindən güllə yarası alıb.

Qanlar içində təcili xəstəxanaya aparılan keçmiş baş nazir Abe vəfat edib.  Kyodo agentliyinin məlumatına görə, onun ürəyi dayanıb və ağciyərləri sıradan çıxıb.

Abenin evdə kustar üsulla hazırlanmış silahla vurulduğu bildirilib.

Qeyd edək ki, 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli baş naziri olub.

Abe iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.

 

 

0.15367221832275