Ağ ev: "Consonun istefası Ukraynaya dəstəyə təsir etməyəcək"

 

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası NATO-nun Ukraynaya dəstək fəaliyyətinin davam etdirilməsinə təsir etməyəcək

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer açıqlayıb.

“Böyük Britaniya ilə müttəfiqliyimiz möhkəm olaraq qalır. Madriddə keçirilən NATO-nun tarixi sammitində iştirakçılar Ukraynanı dəstəkləməyə davam etmək barədə razılığa gəliblər. Bu, dəyişməyəcək”, - Jan-Pyer bildirib.

Qeyd edək ki, 2019-cu ildə Tereza Meyin yerinə Baş nazir olan B.Conson ötən gün elan edib ki, baş nazir postunu və Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk edir. O, kabinetin yeni rəhbəri təyin olunana qədər vəzifəsini icra edəcək.

0.15460181236267