Rusiya Ukraynada əməliyyatlara fasilə verib?

 

Hazırda Rusiya qoşunlarının bölmələri döyüş imkanlarının artırılması üzrə tədbirlər həyata keçirir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“Xüsusi hərbi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirən bölmələrdə döyüş qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Hərbçilərə istirahət etmək, evdən məktub və bağlamalar almaq imkanı verilir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya MN-in bu qərarını Ukrayna mediası hərbi müdaxiləyə fasilə verilməsi kimi dəyərləndirir.

0.16626596450806