"Bu, tarixin ən qanlı müharibəsi olacaq" - Yeni müharibənin astanası

 

Böyük Britaniya və ABŞ təhlükəsizlik xidmətlərinin rəhbərləri birgə bəyanatlarla Çindən gələn təhlükə barədə xəbərdarlıq ediblər.

Demokratikmusavat.comBBC-yə istinadən xəbər verir ki, Britaniyanın kəşfiyyat orqanı “MI5”in rəhbəri Ken Makkallumun sözlərinə görə, onun rəhbərlik etdiyi xidmət son üç ildə Çinlə bağlı fəaliyyətlərini iki dəfədən çox artırıb və yenidən iki dəfə artıracaq.

FTB direktoru Xristofer Vrey isə bəyan edib ki, Çin iqtisadiyyatları və milli təhlükəsizlikləri üçün ən böyük uzunmüddətli təhdiddir.

FTB rəhbəri onu da bəyan edib ki, Çin Tayvanı zorla alırsa, bu, dünyanın indiyədək gördüyü ən qorxulu və ən qanlı müharibələrdən biri olacaq.

Vreyin fikrincə, Çin Ukraynadakı münaqişədən “hər cür dərs” alıb. O həmçinin iddia edib ki, Çin Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarını diqqətlə izləyir və buna iqtisadi hazırlıq görür.

Mürtəza
Demokratikmusavat.com

0.43539595603943