İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək saxlanılıb

 

İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri - “SEPAH”) tərəfindən saxlanılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Saxlanılan şəxslər arasında Britaniyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini də var.

Diplomatların həbsdə olub-olmaması məlum deyil.

Lakin “Sky News“ məlumat yayıb ki, Britaniya Xarici İşlər Nazirliyi İranda britaniyalı diplomatın həbs olunmasını təkzib edib.

0.55747985839844