Bir həftə - 10 gün ərzində danışıqları intensivləşdirib nəticə əldə etməyə çalışacağıq.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı məqsədilə yaradılması planlaşdırılan "taxıl dəhlizi" ilə bağlı açıqlamasında deyib.
"Qara dənizdə taxıl dəhlizi çox böyük əhəmiyyət kəsb edir. Putin və Zelenskinin bu mövzuda mövqeləri önəmlidir. Danışıqları davam etdiririk. Dünyaya çatdırılmasından danışırıq. Hazırda bizim taxılla bağlı problemlərimiz yoxdur, lakin dünyada, xüsusən Afrikada ciddi böhran yaşanır. Bizlər sözügedən mövzu ilə bağlı hər iki lider arasında vasitəçi olmağa və BMT rəhbərliyində cənab Quterreşlə görüşün təşkil edilməsinə çalışırıq", - deyə Ərdoğan bildirib.