Pərviz Şahbazov OPEC-ə başsağlığı verib

 
   “Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.

“Demokratikmusavat.com” xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC)-in baş katibi Məhəmməd Sanusi Barkindonun vəfatı ilə bağlı başsağlığı verən energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, M.S.Barkindo OPEC tarixində iz qoyub: “Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi.

Allah rəhmət eləsin!”

0.43200707435608