Eyfel qülləsi hər an çökə bilər - Parisin başı dərddə

 

Parisin simvolu Eyfel qülləsi hər an çökə bilər.

“Demokratikmusavat.com ” xəbər verir ki, Fransanın “Marianne” jurnalında dərc olunan məqalədə Parisdəki Eyfel qülləsinin dəmirlərinin paslandığı, təmirə ehtiyacı olduğu və müdaxilə edilməzsə, çökə biləcəyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar təmir işləri aparılsa da, bu kosmetik xarakter daşıyır. Qaydaya əsasən qüllə hər 7 ildən bir  rənglənməlidir. 

Qeyd edək ki, hündürlüyü 324 metr olan 7300 tonluq dəmir qüllə 133 il bundan öncə 1889-cu ildə keçirilən dünya sərgisi üçün tikilib.

Mürtəza
Demokratikmusavat.com

0.12569808959961