Hərbçilərimiz ermənilərin daha bir yalanını puç edəcək - FOTO

 

İkinci Qarabağ Müharibəsinin ilk günlərində, daha dəqiq olsaq, oktyabrın 1-də Ermənistanın Müdafiə Nazirliyi bəyanat yayaraq bildirmişdi: "Türkiyənin Hərbi-Hava Qüvvələrinin 2 F-16 qırıcısı Ermənistanın Su-25 hücum təyyarəsinə hücum edərək onu vurub salıblar".

Demokratikmusavat.com Milli.Az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin həmin dönəmdəki mətbuat katibi Şuşa Stepanyan isə əməllicə isterikaya qapılaraq deyili: "Su-25 təyyarəmiz 8 min metr yüksəklikdə uçarkən türklərin iki F-16-nın hücumuna məruz qalıb. Bunu qeydə də almışıq".

Lakin günlər keçdi, ermənilər mifik "F-16 hücumu" ilə bağlı bir sübut, dəlil, foto və ya video material yaymadılar. Sadəcə, yerə düşərək partlamış Su-25-in qalıqlarının fotolarını paylaşmaqla kifayətləndilər.

Daha sonra bildirdilər ki, Su-25-in pilotu, mayor Valeri Danelin həlak olub.

Ermənilərin iddiaları absurd idi, çünki Türkiyə HHQ-də olan F-16 təyyarələrinin belə yüksəklikdə və məsafədə hədəfi vurub salmaq üçün istifadə etdiyi raket tipi "AİM-120 Amraam"dır.

320162

Gərçi F-16-lar erməni təyyarəsini vurmuşdularsa, hədəfə açılan raketin qalıqları da tapılmalıydı.

Lakin nə raket qalıqları vardı, nə də mifik və uydurma "hücum"un qeydə alındığı hər hansı radiolokasiya qeydi.

Reallıqsa tam fərqli idi. Ermənistan səmasında iki Su-25 toqquşmuşdu və onların qalıqları Zəngəzura səpələnmişdi.

Bu yaxınlarda isə hərbçilərimiz Kəlbəcər rayonundakı Söyüdlü-Zod qızıl yatağının ərazisində həmin Su-25-lərdən birinin qalıqlarını aşkarlayıblar.

Mütəxəssislərimiz üçün ekspertiza keçirərək Ermənistan Hərbi-Hava Qüvvələrinrin Su-25 təyyarəsinin yerə düşmə səbəblərini təyin etmək çətin olmayacaq.

0.14902114868164