Urmiya gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - FOTO

 

NASA-nın saytı Urmiya gölünün son vəziyyətinin görüntülərini yayıb.

Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib.

Gölün cənub hissəsi yenidən qırmızı rəngə boyanıb.

Urmiya gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmiya gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər.

Mütəxəssilər etiraf edirlər ki, Urmiya gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır.

0.15094399452209