Gürcüstan Ermənistana buğda və arpa ixracına qadağa qoydu - Rəsmi açıqlama

 

Gürcüstan hökumətinin Ermənistana yerli istehsal buğda və arpanın ixracını qadağan edən fərmanı bazar ertəsi qüvvəyə minib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı  məlumatda deyilir.

“Hökumətin müvafiq olaraq buğda və arpanın ixraca qadağası haqqında qərarında heç bir dəyişiklik edilməyib, o, bu gündən qüvvəyə minib”, - hökumətin yaydığı məlumatda deyilir.

Gürcüstan hakimiyyəti iyunun sonunda buğda və arpa ixracına qadağa qoymaq qərarına gəlib.

Qadağa 2023-cü ilin iyul ayına qədər qüvvədə olacaq. Hökumətin qərarında Gürcüstanda istehsal olunan qarğıdalının respublikadan ixracına qadağa qoyulmayıb.

Gürcüstanın Milli Statistika Xidməti “Sakstat”ın məlumatına görə, 2021-ci ildə respublika Ermənistana 1,4 min tondan (365 min dollar) çox buğda ixrac edib. Gürcüstan ildə 650 min tona qədər buğda istehlak edir ki, bu da respublika özünün buğdaya olan tələbatının  yalnız 15% təmin edir. Qalanı idxaldır ki, onun da 90%-dən çoxu Rusiyadan alınır. 

Mürtəza
Demokratikmusavat.com

0.13105511665344