Britaniya Rusiya aktivlərinin müsadirə edilib Kiyevə verilməsini istəyir

 

Britaniya hakimiyyəti Rusiyanın aktivlərinin müsadirəsini və onların Kiyevə verilməsini nəzərdən keçirir

Demokratikmusavat.com ” “The Guardian”a istinadən  xəbər verir ki, belə bir bəyanatla Böyük Britaniya xarici işlər naziri Liz Truss çıxış edib. “Mən bu konsepsiyanı dəstəkləyirəm. Biz buna çox diqqətlə baxırıq. Kanadalılar əslində yenicə qanun qəbul ediblər. Bu, Daxili İşlər Nazirliyi və Xəzinədarlıqla işlədiyimiz bir məsələdir, lakin mən əlbəttə ki, konsepsiya ilə razıyam. Sadəcə detalları müəyyən etməliyik”-britaniyalı nazir deyib.

Onun sözlərinə görə, bu təşəbbüsün davam etdirilməsi çox güman ki, qanunvericilikdə dəyişiklik tələb edəcək. Eyni zamanda, müsadirə edilmiş aktivlər zərər çəkmiş Ukrayna vətəndaşlarına və ya ölkənin hakimiyyət orqanlarına verilə bilər.

Mürtəza
Demokratikmusavat.com

0.15696787834167