ABŞ prezidenti dövlətə xəyanətdə ittiham olundu

 

Keçmiş konqresmen Tulsi Qabbard Tvitter hesabında ABŞ prezidenti Co Baydeni dövlətə xəyanətdə ittiham edib.

Demokratikmusavat.com bu barədə "Gazete.ru"ya istinadla xəbər verir.

Qabbard deyib ki, Bayden Ukraynaya görə ABŞ-ın maraqlarına məhəl qoymayıb.

“Ölkəmizin son 60 ildə üzləşdiyi ən mühüm xarici siyasət probleminə görə cavabdeh Konqres və ya ABŞ lideri deyil, xarici dövlətin başçısıdır. Suverenliyimizin başqa ölkənin prezidentinin öhdəsinə buraxılması - bu, xəyanət deyilsə, nədir?”, - Qabbard yazıb.

Qabbard onu da xatırladıb ki, Baydenə dəfələrlə ABŞ-ın Ukrayna münaqişəsində son məqsədi barədə sual verilib. Buna cavab olaraq hökumət deyir ki, bütün qərarlar Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən verilir və ABŞ onu izləyir.

Bir müddət əvvəl ABŞ-ın "Fox News" telekanalının aparıcısı "Xüsusi reportaj" verilişində prezident Co Baydenin dövründə "yüksək inflyasiyanın bütün günahı Putinin deyil" deyə bildirmişdi. Teleaparıcı qeyd edib ki, prezident Baydenin noyabr ayına qədər ölkədə qiymət artımı ilə bağlı vəziyyəti dəyişdirə biləcəyi ehtimalı azdır.

Elvin

Demokratikmusavat.com

0.12365412712097