Qeyd edək ki, Azərbaycandan çıxmaq üçün yeganə ucuz yol Naxçıvan üzərindən idi. Bu yolun sentyabrın 1-nə, turizm mövsümü bitənə kimi bağlanması sadə vətəndaşlar arasında ciddi rezonansa və ictimai qınağa səbəb olub.
Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında sözügedən qərarın biabırçı və absurd olduğunu deyib:
“Əgər bu qərar pandemiyadan ötrüdürsə, bunun da açıqlaması verilməlidir. Naxçıvan pandemiyanın ən sərt vaxtında bağlanmamışdı. Ehtimal etmirəm ki, həmin qərar meymunçiçəyinə görə verilib. Çünki ölkəmizdə bu virusla bağlı risk o qədər yoxdur. Başqa bir şirkətin və ya qurumun mənfəəti üçün bu addım atılıbsa, çox acınacaqlı durumdur. Bu o deməkdir ki, əhaliyə çox ciddi əziyyət verilir. Yoluxmaya görə edilirsə, bu təyyarədə, qatarda və avtobusda da baş verə bilər. Yoxlama mexanizmini işə salırsan və bu özü imkan vermir ki, hər hansı problem yaransın”.
Deputat AZAL-ın “od püskürən” qiymətlərinə toxunaraq Naxçıvan üzərindən quru sərhədlərin bağlanması qərarını doğru saymayıb:
“AZAL-ın qiymətləri həddindən artıq bahadır. İnsanlar bu səbəbdən Naxçıvan üzərindən xaricə çıxış edirdi. Baxırlar ki, hamı Naxçıvan üzərindən hərəkət edir, ona görə də yoxsul əhali üçün belə bir maneə yaradırlar. Hər halda AZAL-ın mənfəətini düşünərək belə bir addım atılıb. Mənim özüm üçün də aydın olmayan məsələlər var. AZAL rəqabət olmadığı üçün qiymətləri ikiqat artırıb. Siz təsəvvür edin, İstanbula gediş-gəliş 750 manatdan yuxarıdır. Belə qiymət heç bir ölkədə yoxdur. Bu o deməkdir ki, hansısa bir şirkətin marağı vətəndaşın marağından daha önə çəkilir. Xalq yoxsullaşa bilər, amma şirkəti qorumaq lazımdır. Belə şey olar?”
Qeyd edək ki, Azərbaycandan çıxmaq üçün yeganə ucuz yol Naxçıvan üzərindən idi. Bu yolun sentyabrın 1-nə, turizm mövsümü bitənə kimi bağlanması sadə vətəndaşlar arasında ciddi rezonansa və ictimai qınağa səbəb olub.
Demokratikmusavat.com Gundem.az-a istinad edərək xəbər verir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında sözügedən qərarın biabırçı və absurd olduğunu deyib:
“Əgər bu qərar pandemiyadan ötrüdürsə, bunun da açıqlaması verilməlidir. Naxçıvan pandemiyanın ən sərt vaxtında bağlanmamışdı. Ehtimal etmirəm ki, həmin qərar meymunçiçəyinə görə verilib. Çünki ölkəmizdə bu virusla bağlı risk o qədər yoxdur. Başqa bir şirkətin və ya qurumun mənfəəti üçün bu addım atılıbsa, çox acınacaqlı durumdur. Bu o deməkdir ki, əhaliyə çox ciddi əziyyət verilir. Yoluxmaya görə edilirsə, bu təyyarədə, qatarda və avtobusda da baş verə bilər. Yoxlama mexanizmini işə salırsan və bu özü imkan vermir ki, hər hansı problem yaransın”.
Deputat AZAL-ın “od püskürən” qiymətlərinə toxunaraq Naxçıvan üzərindən quru sərhədlərin bağlanması qərarını doğru saymayıb:
“AZAL-ın qiymətləri həddindən artıq bahadır. İnsanlar bu səbəbdən Naxçıvan üzərindən xaricə çıxış edirdi. Baxırlar ki, hamı Naxçıvan üzərindən hərəkət edir, ona görə də yoxsul əhali üçün belə bir maneə yaradırlar. Hər halda AZAL-ın mənfəətini düşünərək belə bir addım atılıb. Mənim özüm üçün də aydın olmayan məsələlər var. AZAL rəqabət olmadığı üçün qiymətləri ikiqat artırıb. Siz təsəvvür edin, İstanbula gediş-gəliş 750 manatdan yuxarıdır. Belə qiymət heç bir ölkədə yoxdur. Bu o deməkdir ki, hansısa bir şirkətin marağı vətəndaşın marağından daha önə çəkilir. Xalq yoxsullaşa bilər, amma şirkəti qorumaq lazımdır. Belə şey olar?”
Fazil Mustafa əlavə edib ki, müəmmalı məsələ dərindən araşdırılmalıdır:
“Turizm mövsümü bitəndən sonra yəqin ki, yolları açacaqlar. Çünki turizmə görə düşünülmüş addımdır ki, AZAL ziyana getməsin. Yüzlərlə adam Naxçıvan üzərindən getmək üçün bilet alıb. Adam var ki, 200-300 manat ziyanına biletini qaytarmalı olub.
Vətəndaşa bu zülmü niyə verirlər? Hansı qüvvələr Azərbaycan xalqını belə narazı salır? Fəlakətli haldır. Naxçıvan onsuz blokadadadır. Heç olmaya turizmlə bölgə inkişaf edirdi”.