Qırğızstan parlamentində turizm haqqında qanuna dəyişiklik məsələsi müzakirə edilərkən deputat öz həmkarını qırğız dilini bilməməkdə sərt ittiham edərək onu aşağılayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, Qırğızıstan parlamentində turizm haqqında qanunvericilik müzakirə edilərkən “Ata Yurd Qırğızıstan” fraksiyasının üzvü Kunduzbek Sulaymanov əslən rus olan həmkarı Yelena Kalaşnikovanı qırğız dilini bilmədiyinə görə sərt tənqid edib.
Sulaymanov 25 il ölkədə yaşayıb və deputat seçilən bir şəxsin qırğız dilini bilməməsinə sərt reaksiya verərək bunları deyib: “İki gündür müzakirələrdə sizə qulaq asıram. Siz qırğız dilində salamlaşmanı belə bilmirsiniz!?... Bu sizi narahat etmir. Mən sadəcə söz tapa bilmirəm. Ayıbdır... Adət-ənənələrimizə, dilimizə hörmət etməməyiniz ayıbdır. Xalq tərəfindən seçilən birisi kimi konkret olaraq deməliyəm ki, bu Sizin üçün mənfi haldır”.
Mürtəza
Demokratikmusavat.com