Turizmə ayrılan güzəştli kreditin həcmi açıqlandı

 

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 234 turizm layihəsinin maliyyələşdirilməsinə 60,3 milyon manat güzəştli kredit verib.

Demokratikmusavat.com Fonda istinadən xəbər verir ki, bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.

Bundan başqa, hesabat dövründə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur.

Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkil edilməsi ilə bağlı olub.

Bundan başqa, SİF koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verib, zəmanət verilmiş kreditlər üzrə 499 min manat subsidiya ödəyib.

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.

0.18588614463806