Çini məhv etmək üçün 600 milyard dollarlıq Bayden planı - FOTO

 

7 ən böyük iqtisadiyyata malik ölkə Pekin administrasiyasının Türkiyədən də keçən layihəsinə qarşı addım atmağa hazırlaşır. G7 liderlərinin Almaniyada keçirilən Zirvə görüşündə Çinin 2013-cü ildə bəyan etdiyi “Bir kəmər, bir yol”  layihəsinə qarşı 600 mlrd dollarlıq  plan hazırlanıb.

Demokratikmusavat.com ” “haber7”yə istinadən xəbər verir ki, bununla bağlı xüsusi fondun yaradılması nəzərdə tutulur.

ABŞ prezidenti Co Bayden bəyan edib ki, plan hər kəs üçün gəlir gətirəcək. O, məsələ ilə bağlı mövqeyini belə açıqlayıb: “Konkret olmaq istəyirəm. Bu, xeyriyyəçilik və ya sədəqə deyil. Bu, hər kəsə fayda verəcək bir sərmayədir”.

318994

Bu kontekstdə orta və aşağı gəlirli ölkələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur. Yaxın 5 ildə G7 ölkələrindən 600 milyard dollar toplanacağı gözlənilir. Birləşmiş Ştatlar qrantlar, federal fondlar və özəl investisiyalar vasitəsilə 200 milyard dollar yardım ayırıb. Avropa Birliyi isə layihəyə 300 milyard avro vəsait ayırıb. Müvafiq olaraq, plan çərçivəsindəki diqqətəlayiq addımlardan bəziləri arasında Anqoladakı günəş enerjisi layihəsi, Seneqaldakı peyvənd istehsalı müəssisəsi və Sinqapuru Misir və Afrika Buynuzu vasitəsilə Fransaya birləşdirən 1609 kilometrlik sualtı telekommunikasiya kabeli daxildir.

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, keçən il İngiltərədə keçirilən G7 Sammitində ilk dəfə elan edilən layihənin məqsədi “inkişaf etməkdə olan tərəfdaşlara seçim imkanlarının olduğunu göstərməkdir”.

“Bir kəmər-bir yol” layihəsi ilə Çindən Avropaya göndərilən 10 milyon konteynerin 96 faizi dəniz, 4 faizi isə Şimal dəhlizi adlanan Trans-Sibir dəmir yolu xətti ilə həyata keçirilir. Şimal dəhlizi ilə müqayisədə Mərkəzi Dəhliz (Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz - Mərkəzi Asiya Dəhlizi) 2000 kilometr qısa, daha ucuz və iqlim şəraiti baxımından daha əlverişlidir. Ona görə də bu dəhliz dəniz yolu ilə müqayisədə daşıma müddətini üçdə bir qədər azaldacaq və məhsulların təyinat yerinə 15 gün tez çatmasını təmin edəcək.

Mürtəza
Demokratikmusavat.com

0.15413904190063