Ərdoğan Baydenlə görüşəcək

 

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini bildirib.

0.21079993247986