Batman şəhərində Qarabağ parkı açılacaq

 

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.

Demokratikmusavat.com ” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.

Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

0.24580192565918