2022-ci ilin ikinci yarısında "Brent" markalı neftin qiyməti dünya bazarında kifayət qədər təklif olmadığı halda bir barel üçün 135 dollara qədər yüksələ bilər, halbuki 2022-ci il üçün neft qiymətləri orta hesabla 122 dollar səviyyəsində qiymətləndirilir.
Demokratikmusavat.com xəbə verir ki, bu barədə IHS Markit konsaltinq agentliyinin (S&P Global-ın bir hissəsi) analitik hesabatında yer alıb.
Hazırda "Brent" markalı neftin bir bareli 110 dollara satılır. Bununla belə, IHS ekspertləri hesab edirlər ki, artıq 2022-ci ilin üçüncü rübündə kotirovkalar bir barel üçün 136,3 dollara qədər yüksələ bilər. “Ümumilikdə ilin ikinci yarısında neftin qiyməti 135 dollar/barel səviyyəsində qalacaq və il ərzində orta hesabla 122 dollar/barel olacaq”, - deyə IHS əlavə edir.
Agentlik ekspertlərinin fikrincə, qiymətlərin yüksək olmasına səbəb neft tədarükünün olmaması olub. IHS dünya neft hasilatının səviyyəsinə təsir edən amillər arasında sanksiyalara görə Rusiyada hasilatın azalması, İran neftinin bazara çıxarılmasına imkan verəcək İranın nüvə sazişi ilə bağlı razılığın əldə olunmaması, OPEC+ ölkələrində sərbəst istehsal gücünün azalması məsələləri dayanır .
IHS hesablamalarına görə, 2022-ci ilin ikinci rübünə OPEC+ ölkələrində sərbəst hasilat gücünün həcmi sutkada 2,7 milyon barel səviyyəsində qiymətləndirilir. Bununla belə, agentlik ilin sonuna qədər bu rəqəmin 1,8 milyon barel/günə düşəcəyini və yalnız Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft hasilatını artırmaq imkanını saxlayacağını gözləyir.
Könül
Demokratikmusavat.com