Abid Qafarovun Müdafiə Komitəsi Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edib

 

QARABAĞ QAZİLƏRİNİN ABİD QAFAROVUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİNİN

   M  Ü  R  A  C  İ  Ə  T  İ


Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmməova
Surəti : Bakı şəhəri, Xəzər rayon məhkəməsinə

Sosial şəbəkələrdən Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist, toplumsal öndər Abid Qafarova qarşı bir qrup Qarabağ qazisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təhqir və böhtan maddəsi ilə xüsusi ittiham qaydasında Xəzər rayon məhkəməsinə şikayət verildiyini bilmişik.

Bu iş tam saxtadır, sifarişlidir, heç bir hüquqi əsası yoxdur. Ən birincisi, təhqir və böhtan maddələri şəxsiyyətin şərəf və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına aid olduğundan, yalnız hansısa konkret şəxs şərəf və ləyaqətinin aşağılanmasını iddia edib, məhkəmə müdafiəsindən yararlana bilər. “Kollektiv” böhtan və ya təhqir” qanunvericiliklə şəxsiyyət əleyhinə cinayət sayılmır.

BDU-nun rektoru olmuş , hüquq elmləri doktoru, professor Firudin Səməndərov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası” kitabında bu barədə elə kommentariya, izah verib ki, əlavə izaha , şərhə ehtiyac yoxdur.

Sadəcə, məhkəmələrin diqqətlə oxuması gərəkir. Sadə misal : Azərbaycanda məmurların özbaşınalığı, məhkəmə hakimlərinin qeyri-prosessual sifarişə, rüşvətə boyun əymələrini deməklə biz konkret ad çəkmədiyimizdən hansı məmur -hakim qrupu tərəfindən məhkəməyə verilə bilərik?

İkincisi, barəsində şikayət verilən Abid Qafarov şərəf və ləyaqəti alçaldan ifadə də işlətməyib axı! Belə ifadə olsa idi, bütün qazilərə “toxunardı”. Necə ola bilər ki, 3-4 nəfər şikayətçi qazilərin aşağılandığını iddia edir, amma çoxminli qazilərin bundan xəbəri yoxdur?

3-cü dərəcəli Qarabağ qazilərinə cəmi 120 manat sosial müavinət verilir, şükür! (?) Niyə də şükür etməyək, əvvəl bu məbləğ 110 manat olub! Qazinin sosial müavinətinin 10 manat artırılması şərəf sayılır, yoxsa aşağılama? 100 qazinin müavinəti qədər haqq alan məhkəmə hakimləri, qoy buna cavab - hüquqi qiymət versin !

Abid Qafarov müti olmamağa çağırırsa, bu milləti aşağılamaqdır? Kəsinliklə yox!
Biz Qarabağ qaziləri Abid Qafarovun “qaziləri təhqir etmək” adı ilə məhkəməyə verilməsini sifariş sayırıq və məhkəmənin bu sifarişi qəbul etməsinin qanunsuzluğunu bildiririk. Biz hər çağ haqqın yanında olmuşuq, indi də haqqın yanında olan Abid Qafarovun yanındayıq.

Qazilərin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq sifarişli işin rədd edilməsini tələb edirik. Komitə olaraq Xəzər rayon məhkəməsinin qarşısında 10 nəfərlik qazinin iştirakı ilə səssiz, “ağzımıza su almaqla” etiraz piketi keçirmək haqqında xəbərdarlıq edib, Daxili İşlər Nazirliyinin təhlükəsizliyimizi təmin etməsini diləyirik.

Komitənin sədri, 1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy

Üzvlər : düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Abbaszadə Xaliq Əvəz oğlu,
İsmayılov Müşfiq Fərman oğlu
Əhmədov Mirbaba Əmirxan oğlu,ğ
Hüseynov Eldar Rəsul oğlu və b.

Paralel.az

 

0.18523097038269