“Kurtlar vadisi” serialının məşhur aktyoru öldü

 

“Kurtlar vadisi” serialında Tuncay Kantarcı obrazı ilə azərbaycanlılara yaxşı tanış olan Avstriya əsilli türk aktyor və rejissor Osman Vöber həyatını itirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə türkiyəli aktyor Zəfər Algöz sosial media hesabında yazıb.

"Dəyərli dostumuz Osman Vöberin qəfil infarkt keçirərək dünyasını dəyişməsi xəbərini aldıq. Çox kədərləndim. Başımız sağolsun", - o bildirib.

0.039576053619385