400-dən çox miqrant Afrikanın şimalında, Mərakeş və İspaniya sərhədində, İspaniyanın Melilya şəhəri yaxınlığındakı hasara hücum çəkib.
Demokratikmusavat.com xəbər verir ki, İspaniya nəşrlərində müvafiq hadisə ilə bağlı videolar yayılır.
Miqrantlar sərhəd-keçid məntəqəsində qapını sındıraraq Melilya ərazisinə daxil ola biliblər.
Çubuqlarla silahlanan şəxslər onlardan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istifadə ediblər.