Bayden bu dəfə də qeydləri ilə gündəmdə: vərəqdə nə yazılıb? - FOTO

 

Tez-tez səhvləri və maraqlı hərəkətləri ilə gündəmdə olan ABŞ prezidenti Co Bayden bu dəfə əlindəki kağız parçası ilə gündəm olub.

Demokratikmusavat.com xarici KİV-ə stinadla xəbər verir ki, Ağ Evdə qubernator, əmək liderləri və özəl şirkət nümayəndələri ilə görüşən Baydenin əlindəki kağızda etməli olduğu hər şeyin bir-bir yazıldığı təlimatların siyahısı olduğu görülüb. Kağızda “oturacaqsan”, “iştirakçılara təşəkkür edəcəksən” və “otaqdan çıxacaqsan” kimi göstərişlər qeyd edilib.
Məlum olub ki, Baydenin etməli olduğu hər şey bu “təlimat siyahısında” aşağıdakılar yazılıb. 

  • Siz Ruzvelt Otağına girəcək və iştirakçıları salamlayacaqsınız.
  • Oturacaqsınız.
  • Mətbuat nümayəndələri gələcək.
  • 2 dəqiqəlik brifinq verəcəksiniz.
  • Mətbuat nümayəndələri otağı tərk edəcəklər.
  • Liz Şulerə sual verəcəksiniz. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək)
  • İştirakçılara təşəkkür edəcəksiniz.
  • Otağı tərk edəcəksiniz.

Qeyd edək ki, Co Bayden bundan əvvəl də boşluğa əl uzatması, öz-özünə danışması, hoppanması kimi qəribə davranışları ilə gündəmə gəlib.

Billurə

0.16181015968323