"Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var".
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq", - Lavrov əlavə edib.