Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri təkcə çox böyük siyasi əhəmiyyət kəsb edən görüş kimi deyil, eyni zamanda iki dost ölkə, o cümlədən siyasi liderlər arasındakı münasibətlərin yüksək səviyyədə olması baxımdan yaddaşlarda böyük izlər buraxdı.
Səfər proqramında keçirilən görüşlər, o cümlədən yolasalma mərasimi çox yüksək əhvali-ruhiyyədə keçdi.
Demokratikmusavat.com bildirir ki, cənab Prezident İlham Əliyevin özbəkistana dövlət səfəri başa çatdığı zamanı Ürgənc hava limanında Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin yolasalma mərasimində bədən dili ilə verdiyi mesajlar gündəm oldu.
Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında iki ölkə liderinin sağollaşması və verdikləri mesaj xüsusi önəm daşıyır. Xüsusən də Özbəkistan Prezidentinin qollarını sinəsinə çarpaz qoyması Azərbaycan Prezidentinə göstərdiyi böyük hörmət və ehtiramın nümunəsi kimi dəyərləndirilib.
Mürtəza
Demokratikmusavat.com