“Təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür” - RƏY

 

"Azərbaycan Prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan vermiş oldu. Səfər zamanı 20-yə qədər mühüm sənəd imzalandı ki, bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir. Çünki məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrını kompleks şəkildə əhatə edir. Buraya iqtisadi, mədəni sahədən başlamış hərbi texnki əməkdaşlığa qədər geniş blok daxildir".

Bunu Demokratikmusavat.com a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dörünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. 

"Çünki hazırkı mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır ki, belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər sadəcə, hərbi-siyasi məzmunlu deyil həm də iqtisadi, tibbi-sağlamlıq, informativ və s. olmaqla çoxşaxəlidir", - o qeyd edin.

O əlavə edib ki, bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir: 

"Özbəkistanda başda Prezident Savkat Mirziyoyev olmaqla siyasi elita və bütövlükdə özbək xalqı Azşrbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtiramla qarşıladı. Yəni Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qarşıladı.Yalnız qardaş xalq qardaşının tarixi zəfərinə belə sevinə bilər. Prezident Şafqat Mirziyoyev bidirdi ki, “Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi”. Belə səmimi və sevgi dolu cümləni qurmaq üçün yalnız qardaş olmaq lazımdır ki, Özbəkistan – Azərbaycan qardaşlığı da ölkənin liderinin dilindən məhz bu cür səsləndirilir. Ancaq  belə mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi , hərbi-texniki  və siyasi əməkdaşlığı o qədər böyük potensiala və perespektvə malikdir ki, bu potensialın realizə olunması regionun iqtisadi və kommunukativ mənzərəsini tamamilə dəyişə bilər. Bunun üçün Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər. Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi planlaşdırır. Bu bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır. Çünki Özbəkistan Əlişir Nəvailərin, Uluqbəylərin vətənidir. Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttəfiqlik şərtləri yaradacaq qədər əhəmiyyətlidir".

Mürtəza
Demokratikmusavat.com

0.14635586738586