Dneprdə yaşayış massivlərinin birində kişi pəncərədən insanlara qumbara atıb.
Demokratikmusavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, partlayış nəticəsində 11 yaşlı uşaq yaralanıb.
"Topol yaşayış massivində fövqəladə hadisə baş verib! Bir şəxs pəncərədən qumbara atıb. Partlayış olub, nəticədə 11 yaşlı uşaq xəsarət alıb", - məlumatda deyilir.
Eyni zamanda qeyd olunur ki, KORD xüsusi təyinatlı dəstəsinin əməkdaşları artıq hadisə yerinə gəliblər. Onlar mənzilə basqın edərək qumbaranı atan şəxsi tutublar.