Marmarisdəki meşə yanğını nəzarət altına alınıb – VİDEO

 

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Muğlanın Marmaris rayonunda baş verən meşə yanğınının böyük ölçüdə nəzarət altına alındığını bildirib.

Demokratikmusavat.com -ın məlumatına görə, o, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın ötən gün saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.

0.18923997879028