Rusiya prezidenti Vladimir Putin iyunun 22-də, bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək
Demokratikmusavat.com Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya lideri, həmçinin iyunun 23-24-də videokonfrans formatında keçiriləcək BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) başçılarının sammitinə də hazırlaşır.
«Gün ərzində Putin Kremldə işləyir. Onun işgüzar görüşləri var, həmçinin günün ortasında Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək», — Peskov bildirib.
«Prezident cümə axşamı və cümə günləri videokonfrans formatında keçiriləcək BRİKS sammitinə də hazırlaşır», — Peskov əlavə edib.