Azad olunmuş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri yaradılacaq.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda tapıb.
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022- 2026-cü illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.