Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarına doğru baş verən zəlzələdə 255 nəfərin həyatını itirdiyi öyrənilib.
Bildirilib ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib. Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı ətraf şəhərlərdə güclü hiss olunub.
Zəlzələ Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın Pakistanın əsas şəhərlərində də hiss olunub. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb