"Yetim deputatlar dolana bilmirlər" - Aqil Abbas
Milli Məclis üzvü olan deputatların maaşlarının artması ölkə ictimaiyyətinin narazılığına səbəb olub.
Bununla bağlı mətbuata açıqlama verən deputat Aqil Abbas açıqlama verərək, deputatların çətinliklə yaşadıqlarını bildirib.
O, hətta 45 belə deputat adını çəkə biləcəyini iddia edib: “45-nin adını çəkərəm. Tahir Kərimli, Razi Nurulayev, Fazil Mustafa, Nizami Cəfərov, Anar Məmmədov. Onlar çoxdu, hamısını saya bilmərəm ki. Xəbəriniz yoxdu, deputatların vəziyyətindən”.
Xatırladaq ki, millət vəkili öz məvacibini də açıqlayıb. A.Abbas özünü də kasıb deputatlarım sırasına aid edib:
“Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Artıb-artıb da… Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm”.
Açıqlamadan göründüyü kimi, əgər 1750 manat maaş alan və əvəzində yalnız həftədə 2 dəfə iclasda iştirak deputat maaşının azlığından narazılıq edirsə, o zaman 200-250 manat təqaüd, 300-400 manat əmək haqqı alan insanların necə çətinliklə yaşadığını təsəvvür edin...
Röyal