Diasporla İş üzrə Dövlət Komitəsinin sədri israilli həmkarı ilə görüşüb

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri israilli həmkarı ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla görüşü keçirilib.

Görüşdə DİDK-nın və Diaspor İşləri üzrə Nazirliyin fəaliyyət istqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Ölkəmizdən dünyanın müxtəlif dövlətlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqları, Vətən müharibəsi və post-müharibə dövründə İsrailin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi, xalqlarımızın dostluq əlaqələrinin tarixi ənənələrə malik olması məmnunluqla vurğulanıb.

Görüşün sonunda DİDK sədri israilli həmkarını Azərbaycana səfərə dəvət edib.

0.16278696060181